[b]“Qarabağ”da ciddi itki[/b]
01.08.2017 - 22:07
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Şerif” – “Qarabağ” oyununda Ağdam klubunun futbolçusu Maksim Medvedev zədələnib. Apasport.az saytının məlumatına görə, 29-cu dəqiqədə o, rəqiblə oyun mübarizəsi zamanı zədə alıb.
31-ci dəqiqədə isə əvəzlənməli olub. Maksimin yerinə meydana polşalı Yakub Jezniçak daxil olub.
Qeyd edək ki, “Qarabağ” ilk hissəni 1:0 hesabı ilə öndə bitirib.
0
0