[b]“Qarabağ”da heyət tamamlandı, hazırlıqlar davam edir[/b]
15.10.2015 - 00:42
“Qarabağ” Topaz Premyerliqasının növbəti turu üçün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, milli birinciliyin VIII turu çərçivəsində “Zirə”ni qəbul edəcək komanda gündə bir dəfə olmaqla məşq edir.
Milli komandaların oyunları ilə bağlı yaranmış fasiləylə əlaqədar olaraq ağdamlılar tam heyətlə məşq edə bilmirdi. Dünəndən etibarən isə milli komandaların düşərgəsində olanlar komandaya qoşulmağa başlayıblar.
Qeyd edək ki, “Qarabağ” – “Zirə” qarşılaşması oktyabrın 17-si saat 18:00-da başlayacaq. Matç Surxanıda, “Azersun Arena”da baş tutacaq.
0
0