[b]“Qarabağ”da iki itki[/b]
27.10.2017 - 20:05
[b]“Qarabağ”da iki itki[/b]

Azərbaycan Premyer Liqasının X turu çərçivəsində “Qarabağ” “Səbail”i qəbul edir. Apasport.az saytının məlumatına görə, ilk hissəsi 0:0 hesabı ilə başa çatan oyunda ağdamlılar iki itki ilə üzləşiblər.

 

Əvvəlcə oyunun 23-cü dəqiqəsində Pedro Enrike zədələnib. O, heç bir mübarizə olmadan meydanın mərkəzində əzələsini tutaraq yerə yılıxıb. Həkimlər müdaxilə etsə də, braziliyalı futbolçu matçı davam etdirə bilməyib.

 

O, 26-cı dəqiqədə Dani Kintana ilə əvəzlənib.

 

Bir müddət sonra isə “Qarabağ” azlıqda qalıb. Ansi Aqolli 43-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub.