Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün daha bir məşq keçib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi bir günlük fasilədən sonra məşqlərini bərpa edib.
Futbolçulara dünən istirahət imkanı verən baş məşqçi Qurban Qurbanov bu gün iki məşq planlaşdırırdı. Səhər məşqi Bakı vaxtı ilə 13:00-da baş tutub.
90 dəqiqə keçən məşq fiziki yüklənmələr üzərində qurulub. Futbolçular meydan boyu qurulmuş maneələri dəf edərək qapıya zərbələr üzərində çalışıblar.
Uzun müddətdi zədədən əziyyət çəkən braziliyalı hücumçu Reynaldo Silva da məşqlərdə iştirak edir.