“Qarabağ”ın U-19 komandası üç antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi İtaliyanın “Roma” klubuna 0:3 hesabı ilə uduzaraq, komandalarımızın Gənclər Liqasındakı çıxışları tarixinə düşüb.
Apenninlilərə yenilgi Gənclər Liqasında ilk böyükhesablı ev məğlubiyyəti olub. İndiyədək heç bir komandamız öz meydanında belə böyük fərqlə uduzmadığından “Qarabağ” antirekordçu olub.
İlk oyununda “Çelsi”dən 5 cavabsız qol buraxan Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ən çox böyükhesablı məğlubiyyət alan Azərbaycan klubudu. Heç bir təmsilçimiz iki belə yenilgi almayıb.
İki oyunda 8 top buraxan “Qarabağ” buraxılan qol sayında antirekordçudu. “Qəbələ” 7, “Rəvan” 4 top buraxıbsa, ağdamlılar bu iki komandanı arxada qoyub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”