“Qarabağ” avrokubokların qrup mərhələsinin oyununda ilk dəfə 2 qol vurub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin I turunun “Slovan”la (Çexiya) matçında bu ilki gerçəkləşdirib.
2:2 hesabı ilə nəticələnən qarşılaşmada Miçel və Rəşad Sadıqov fərqləniblər. Bunadək 2 dəfə qrupda çıxış edən “Qarabağ” əsas mərhələnin 12 oyunundan heç birində belə məhsuldar olmamışdı.
Təmsilçimiz keçirdiyi matçların 7-də 1 qol vurub, 5-də meydanı fərqlənmədən tərk etmişdi.
Qeyd edək ki, bunadək Azərbaycan klublarından yalnız “Neftçi” qrupda bir matçda 2 qol vurmuşdu. “Ağ-qaralar” 2012-ci ildə “İnter”lə İtaliyadakı görüşdə fərqlənmişdi – 2:2.