Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qəbələ” – “Krasnodar” (Rusiya) matçının hakimi İştvan Kovaç 3-cü dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı FİFA hakimi indiyədək 1 dəfə klub, 1 dəfə yığma səviyyəsində komandalarımızın matçında fit çalıb.
Onun ilk belə görüşü 2010-cu ilə təsadüf edib. Avropa Liqasının “Qarabağ” – “Metallurq” (Makedoniya) qarşılaşmasını idarə etmək üçün ölkəmizə gələn Kovaç darmadağına şahid olmuşdu.
O, Rəşad Sadıqov, Əfran İsmayılov, Emin İmaməliyev və Georgi Adamiyanın qolları ilə 4:1 hesablı qələbə qazanan ağdamlıları qırmızı vərəqə ilə də cəzalandırıb. Rumıniyalı Admir Telini birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
41 yaşlı macar köklərinə malik referinin 5 il əvvəlki briqadasından Mikloş Naqi də yenidən Bakıya gələcək.
Kovaç 2011-ci ildə U-17-lərin Avropa çempionatının seçmə mərhələsində də futbolçularımıza qarşılaşıb. O, Belçika – Azərbaycan matçında (1:0) söz sahibi olub. Rumıniyalı bu görüşdə də futbolçularımızdan birinə qırmızı vərəqə göstərib.
- Türkiyə futbolunda qalmaqal böyüyür – TFF-dən MHK açıqlaması
- "Sabah" "Qarabağ"ı "Dalğa Arena"da qəbul edəcək
- Braziliyadan Avstraliyaya 4 qol – Ançelottinin komandasından geridönüş
- Avropa nəhəngləri “Porto”nun müdafiəçisi uğrunda mübarizəyə qoşuldu – 65 milyon avro
- Türkiyə futbolunda şok dalğası – MHK sədri Ferhat Gündoğdu saxlanıldı