[b]“Qarabağ”ı cəzalandıran futbolçu: Nəyin bahasına olursa-olsun...[/b]
23.10.2015 - 11:43
[b]“Qarabağ”ı cəzalandıran futbolçu: Nəyin bahasına olursa-olsun...[/b]

“Qarabağ” üzərində qələbə qazanmağımız çox yaxşı oldu. Rəqib topa daha çox nəzarət etsə də, matçın taleyini həll edən qola mən imza atdım”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin III turunun “Qarabağ”la oyunundan sonra “Monako”nun hücumçusu Lasina Traore deyib.

 

Fil Dişi Sahilindən olan 25 yaşlı forvard vurduğu qolla komandasına 3 xal qazandırıb. Traore qəhrəmanı olduğu görüş haqda fikirlərini açıqlayıb: “Düşünürəm ki, qələbəyə layiq idik. Nəyin bahasına olursa-olsun, bu 3 xalı qazanmalı idik. Bu vəzifənin öhdəsindən gəldiyimiz üçün şadam. Qarşılaşmanın əhəmiyyəti böyük idi. İstəyimizə çatdığımızdan indi rahat nəfəs ala bilərik. Qarşıda daha 3 matçımız var. Bu görüşlərdə maksimum nəticə qazanıb, 1/16 finala yüksəlməyə çalışacağıq”.

 

Qeyd edək ki, “Qarabağ”ı 1 qolla məğlub edən “Monako” qrupda ilk qələbəsini qazanıb.