[b]“Qarabağ”ın Antalyada ikinci günü[/b]
10.01.2018 - 22:26
[b]“Qarabağ”ın Antalyada ikinci günü[/b]

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar hazırlığın ikinci gününü iki məşqlə başa vurub.

 

Yerli vaxtla saat 17:30-da start götürən məşqdə laktat testindən keçməyən futbolçular testdən keçiblər.

 

Digər oyunçular daha çox fiziki hazırlıqlara yönəlmiş çalışmalarla məşqi tamamlayıb.