[b]“Qarabağ”ın aparıcı üzvü sıradan çıxdı[/b] - FOTO
27.04.2016 - 16:26
[b]“Qarabağ”ın aparıcı üzvü sıradan çıxdı[/b] - FOTO

“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem zədələnib. Apasport.az saytının məlumatına görə, o, ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində hazırda davam edən “İnter” – “Qarabağ” matçında xəsarət alıb.

 

Belə ki, Muarem oyunun 14-cü dəqiqəsində sabiq komanda yoldaşı Vüqar Nadirovla mübarizə zamanı sıradan çıxıb. Nəticədə təcrübəli futbolçu yerini Reynaldo Silvaya vermək məcburiyyətində qalıb. Muaremin qasıq nahiyəsindən zədə aldığı ehtimal edilir.  

 

Bu epizoddan öncə “İnter”in futbolçusu Mirhüseyn Seyidovun müdaxiləsindən sonra “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yüngül zədə alsa da, “14 nömrə” oyunu davam etdirə bilib.

 

0