[b]“Qarabağ”ın bütün rəqibləri bəlli oldu[/b]
09.01.2016 - 19:29
[b]“Qarabağ”ın bütün rəqibləri bəlli oldu[/b]

“Qarabağ” Antalyada keçirdiyi təlim məşq toplanışında 4 yoldaşlıq görüşü keçirməsi planlaşdırıb. Apasport.az saytının məlumatına görə, üç gün öncə hazırlığa başlayan ağdamlılar hazırlığın 11-ci günündə - yanvarın 16-da ilk hazırlıq oyununa çıxacaq.

 

Rəqib öncədən planlaşdırıldığı kimi, İran təmsilçisi “Traktorsazi” deyil,  Almanyanın regional liqa təmsilçisi “Rot-Weiss Essen” komandası olacaq.

 

Oyun İC Santai otelinin əsas meydançasında, Bakı vaxtı ilə 19:30-da başlayacaq.

 

Qurban Qurbanovun yetirmələrinin digər 3 oyununları isə aşağıdakı komandalara qarşı olacaq.

 

20 yanvar, saat 17:30 – “Diosgyor” Macarıstan

 

23 yanvar, 17:30 – “Admira Wacker” Avstriya

 

23 yanvar, 19:30 – “Yagelloniya” Polşa

 

Qeyd edək ki, oyunların başlama saatları Bakı vaxtı ilə göstərilib.