“Qarabağ” Antalyada baş tutacaq qış təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, ağdamlıların bütün rəqibləri və bu oyunların keçiriləcəyi tarixlər artıq məlum olub.
Azərbaycan çempionu ilk matçında yanvarın 17-si Rusiyanın “Kuban” klubu ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası yanvarın 20-si Polşanın “Lexiya” klubu ilə görüşəcək.
Yanvarın 25-də isə iki oyun olacaq. Həmin gün öncə Makedoniyanın "Şkupi", daha sonra isə Ukraynanın "Mariopul" klubları komandamıza rəqib olacaq.
“Qarabağ”ın beşinci sınağı Bosniya və Hersoqovinanın "Sarayevo" komandasına qarşı olacaq. Son yoxlama matçında isə fevralın 3-ü Monteneqronun "Mladost" komandası rəqib olacaq.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb