[b]“Qarabağ”ın fikrini soruşmayıblar[/b]
03.12.2014 - 00:03
[b]“Qarabağ”ın fikrini soruşmayıblar[/b]

“İnter”ə qalib gəlmək şansımız, əlbəttə ki, var. Rəqibin adı bizi niyə qorxutmalıdı ki? Düzdü, heyətlə bağlı problemlə üzləşmişik. Amma bu hal hər komandanın başına gələ bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəl deyib.

 

Ağdam klubunun rəsmisi Reynaldo Silvanın yoxluğunu qeyd etsə də, “Qarabağ”ın onsuz da güclü komanda olduğunu vurğulayıb: “Futbol kollektiv oyunudu. Hamı bilir ki, “Qarabağ” komanda şəklində güclüdü. Reynaldo bizim aparıcı oyunçularımızdan olsa da, onun yoxluğu problem yaratmamalıdı. “Sent-Etyen”lə matçda da Reynaldo yox idi, buna rəğmən hesabı açan biz olduq. Üstəlik, Fransadan sərfəli nəticə ilə də qayıda bildik”.

 

Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi olmaq variantına da toxunan Çəlikəl milliyə kömək etməyə hazır olduqlarını vurğulayıb: “Kimin baş məşqçi olmasının fərqi yoxdu. Əsas odu ki, yeni gələn məşqçi millidə yaxşı nəticə versin. Ən önəmlisi budu. Biz həmişə milliyə kömək etməyə hazırıq”.

 

“Qarabağ” rəsmisi yeni yaradılacaq Klublar Komitəsi haqda isə ətraflı məlumata sahib deyil: “Açığı, bu barədə məlumatlı deyiləm. Buna görə də, nəsə deməyim düz çıxmaz. Bizim fikrimizi soruşmayıblar. Yəqin ki, futbolun inkişafı üçün düşünülmüş addımdı. Biz də Azərbaycan futbolunun inkişafına hesablanmış istənilən layihənin içində olmağa hazırıq”. 

 

Tengiz