“Yaxşı oyun alındı. Hər iki komanda intizamlı oyun sərgilədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Gənc çalışdırıcı Topaz Premyer Liqasının XV turu çərçivəsində Tofiq Bəhramov adına respublika stadionunda keçirilən “Neftçi” ilə görüşdə 0:0 etmələrindən danışıb.
Qurbanov bildirib ki, Bədavi Hüseynov zədələnib: “Sona qədər sakit çıxış edən futbolçularımdan razı qaldım. Qarşıda bizi “İnter”lə matç gözləyir. Futbolçuları bu qarşılaşmaya hazırlamağa çalışacağıq. “Neftçi” ilə oyunda 1 xal qazandıq. Hər bir futbolçu tapşırıqları yerinə yetirdi. Qol imkanları yaratdıq. Sadəcə, imkanlardan istifadə etmək mümkün olmadı. Rəqibi də nəzərə almaq lazımdır. “Neftçi” sıradan bir rəqib deyil. Düşünürəm ki, oyunu istədiyimiz kimi sona çatdırmaq üçün daha təmkinli olmalıyıq. Oyunda zədə alan Bədavi Hüseynovun ayağı şişib. İnşallah, “İnter”lə oyuna qədər düzələcək”. (pfl)