[b]“Qarabağ”ın hücumçusu “TOP-10”da[/b]
29.12.2017 - 19:47
[b]“Qarabağ”ın hücumçusu “TOP-10”da[/b]

“Qarabağ”ın hücumçusu Dino Ndlovu ölkəsində ən yaxşı 10 futbolçunun sırasına düşüb. Apasport.az saytının məlumatına görə, CAR millisinin üzvü “kickoff.com” portalının versiyasına əsasən bu siyahıda yer alıb.

 

Sıralamda 6-cı pillədə qərarlaşmış hücumçu haqqında yazan afrikalı həmkarlarımız onun xüsusilə də Çempionlar Liqasındakı çıxışını dəyərləndiriblər: “Milli komandanın hücumçusu bu il Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş yeganə cənubi afrikalı oyunçu oldu. Azərbaycanın “Qarabağ” komandası ilə birlikdə o, bu turnirdə 4 qol vurdu. Ölkə çempionatında isə 13 oyunda 5 dəfə fərqlənib”.

 

Qeyd edək ki, sözügedən məqalədə onun Çinə transfer olma ehtimalı da qeyd olunub.