“Qarabağ”ın hücumçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) yığmasına çağırılıb. Apasport.az-ın goal.com saytına istinadən məlumatına görə, 27 yaşlı forvard Seneqalla seçmə mərhələ matçlarında iştirak edəcək.
Belə ki, baş məşqçi Stüart Bakster 24 nəfərlik heyətə Ndlovunun da adını daxil edib.
CAR millisi seçmə mərhələnin D qrupundakı son matçlarını noyabrın 10-da və 14-də Seneqala qarşı keçirəcək. Əslində, bu komandalar ötən il bir dəfə üz-üzə gəlmiş və CAR 2:1 hesablı qələbə qazanmışdı. Lakin FİFA baş hakimin şübhəli qərarlar qəbul etdiyini əsas gətirərək, görüşün yenidən oynanılmasını məqsədəuyğun bilmişdi.
Komandalar əvvəlcə CAR-da, 4 gün sonra isə Seneqalda qarşılaşacaqlar. Hazırda D qrupunda sonuncu yerdə qərarlaşan Ndlovunun komandası hər iki matçda qalib gələcəyi təqdirdə xallarının sayını 10-a çatdıracaq və lider kimi dünya çempionatına vəsiqə qazanacaq.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi