[b]“Qarabağ”ın idman direktoru ölkəsində Azərbaycandan danışdı[/b]
28.12.2014 - 18:36
[b]“Qarabağ”ın idman direktoru ölkəsində Azərbaycandan danışdı[/b]

“Qarabağ"ın idman direktoru Con van Loen Avropa Liqasının play-off mərhələsi çərçivəsində “Tvente” ilə keçirlən oyundan danışıb. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən hollandiyalı mütəxəssis Bakıdakı təəssüratlarını bölüşüb.

 

O bildirib ki, Azərbaycanda futbol Avropadakı kimi insanlar arasında populyardı: “Qarabağ” xüsusi klubdu. Komanda oyunlarını Bakıda keçirir. Çünki Ağdam təmsilçisi öz şəhərindən 300 km uzaqdadı. Buna səbəb Ağdamın 1993-cü ildən etibarən işğal altında olmasıdı. Bakıdakı oyunu 25 min tamaşaçı 90 dəqiqə boyunca izlədi. Son illərdə Ağdam ətrafından Bakıya insanlar gəlirlər. Burada da Avropa futbolu insanlar arasında populyardı”.

 

Həmçinin van Loen Bakının inkişaf etməsini də vurğulayıb: “Bakını ikinci Dubay adlandırırlar. Bura meqapolisdi, çoxlu qədim tikililər var. Şəhər AVRO-2020-də çoxlu qonaq qəbul etməyə hazırlaşır. Bundan başqa, digər əlamətdar hadisə odur ki, 2015-ci il Avropa Oyunları burada keçiriləcək. Bakı həqiqətən gözəl şəhərdi”.

 

Qeyd edək ki, Bakıda keçirilən “Qarabağ” – “Tvente” görüşündə hesab açılmamışdı – 0:0. Hollandiyadakı matç isə 1:1 hesablı bərabərliklə yekunlaşıb və təmsilçimiz qrup mərhələsinə vəsiqə qazanmışdı.