[b]“Qarabağ”ın Madrid planı açıqlandı [/b]
27.10.2017 - 11:34
[b]“Qarabağ”ın Madrid planı açıqlandı [/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər matçına hazırlıq proqramı bəlli olub. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Ağdam təmsilçisi Madriddə bir məşq keçəcək.

 

Oktyabrın 29-da yola düşəcək Azərbaycan çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi “Vanda Metropolitano” stadionunda məşq keçəcək. Baş məşqçi Qurban Qurbanov yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) futbolçuları məşqə çıxaracaq.

 

“Atletiko” isə oyunöncəsi son məşqini 17:30-da “Visente Kalderon”da keçəcək. Lakin baş məşqçi Dieqo Simeone jurnalistlərin önünə “Vanda Metropolitano”nun konfrans zalında çıxacaq.

 

Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı oktyabrın 31-də oynanılacaq.