[b]“Qarabağ”ın matçında irlandiyalı hakim[/b]
11.09.2017 - 09:18
[b]“Qarabağ”ın matçında irlandiyalı hakim[/b]

Gənclər Liqasında qrup mərhələsinin ilk turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, ilk dəfə bu yarışda iştirak edən “Qarabağ”ın U-19 komandasının oyunu irlandiyalı hakimlərə tapşırılıb.

 

Sabah keçiriləcək görüşün baş hakimi Robert Hennessi olacaq. Üç irlandiyalı hakimlə yanaşı, yerli ədalət təmsilçisi də meydana çıxacaq. Belə ki, qaydalara əsasən dördüncü hakim funksiyası meydan sahibi olan ölkəni təmsil edir.

 

Gənclər Liqası

Çempionlar Liqası yolu

C qrupu, I tur

12 sentyabr

16:05. “Çelsi” – “Qarabağ”

Baş hakim: Robert Hennessi

Baş hakimin köməkçiləri: Darraq Kiqan , Darren Keri (hamısı İrlandiya)

Dördüncü hakim:    Con Basbi (İngiltərə)

UEFA nümayəndəsi: Bert Andersson (İsveç)

Hakim-inspektor: Peter Cons  (İngiltərə)

Surrey. “Çelsi”nin Kobhem təlim-məşq bazası

 

 

0