[b]“Qarabağ”ın oyunu bolqar hakimlərə əmanət[/b]
18.07.2015 - 00:00
[b]“Qarabağ”ın oyunu bolqar hakimlərə əmanət[/b]

UEFA Çempionlar Liqası II təsnifat mərhələsi cavab qarşılaşmasında “Rudar”la qarşılaşacaq “Qarabağ”ın oyununa təyin olumuş hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, ağdamlıların Monteneqrodakı oyunu bolqarıstanlı hakimlər briqadasına tapşırılıb.

 

Belə ki, çempionumuzun mərhələ adlamaq üçün çıxacağı həlledici oyunda Georgi Kabakov əsas söz sahibi olacaq. Ona Martin Marqaritov və Martin Venev yardımçı olacaqlar.

 

Qeyd edək ki, görüş Petrovaç şəhərindəki "Pod Malim Brdom" stadionunda keçiriləcək. 

 

 

22 iyul

 

23:45. "Rudar" (Pljevlya, Monteneqro) - "Qarabağ" (Azərbaycan)

 

Baş hakim: Georgi Kabakov

Yan xətt hakimləri: Martin Marqaritov, Martin Venev 

Dördüncü hakim: Nikolay Yordanov (hamısı Bolqarıstan)

UEFA hakim-inspektoru: Françesko Byanki (İsveçrə) 

UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)