[b]“Qarabağ”ın oyunu canlı yayımlanacaq[/b]
29.06.2017 - 10:10
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 11-də “Samtredia”nı qəbul edəcək. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Gürcüstan təmsilçisi ilə Bakıda baş tutacaq qarşılaşma canlı yayımlanacaq.
Belə ki, matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə birbaşa göstəriləcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” matçı saat 21:00-da start götürəcək.
0
0