Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Madriddə baş tutacaq qarşılaşma üçün almaniyalı hakimləri təyin edib.
Görüşün baş hakimi Deniz Aytekin olacaq. Türk əsilli referiyə yan xəttə Quide Kleve və Markus Heker yardımçı olacaqlar.
Əlavə köməkçi hakim futnksiyasını Daniel Sibert və Benjamin Brand yerinə yetirəcəklər. Matçın ehtiyat hakimi isə Eduard Beytinqer olacaq.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” oyunu oktyabrın 31-də Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Çempionlar Liqası qrup mərhələsi
C qrupu
IV tur
31 oktyabr
23:45. “Atletiko” (Madrid, İspaniya) – “Qarabağ” (Ağdam, Azərbaycan)
Baş hakim: Deniz Aytekin
Yan xətt hakimləri: Quide Kleve, Markus Heker
Əlavə köməkçi hakimlər: Daniel Sibert və Benjamin Brand
Ehtiyat hakim: Eduard Beytinqer (hamısı Almaniya)
UEFA nümayəndəsi: Duşko Qrabovaç (Xorvatiya)
Hakim inspektor: Vitor Manuel Melo Pereyra (Portuqaliya)
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi