[b]“Qarabağ”ın oyununda rumınyalı hakimlər[/b]
10.07.2015 - 21:05
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda keçiriləcək “Qarabağ” – “Rudar” (Monteneqro) matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, görüşü rumıniyalı referi Sebastyan Koltesku idarə edəcək.
Ona Radu Adrian Ştefan Ginquleak, Mircea Mixail Qriqoriu kömək edəcək.
Qarşılaşmanın 4-cü hakimi George Katalin Qaman olacaq.
Qeyd edək ki, matçın hakim inspektoru Volodimir Petrov ( Ukrayna), UEFA nümayəndəsi isə İvan Borissov Lekov (Bolqarıstan) təyin olunub.
0
0