[b]“Qarabağ”ın rəqibi “Land of fire Azerbaijan”lını istəyir - FOTO[/b]
09.12.2014 - 20:49
[b]“Qarabağ”ın rəqibi “Land of fire Azerbaijan”lını istəyir - FOTO[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” gözünü La Liqasında çıxış edən futbolçuya dikib. Apasport.az saytının məlumatına görə, Milan klubu “Atletiko”nun hücumçusu Alessio Çerçini istəyir.

 

Mövsümün əvvəlindən “Land of fire Azerbaijan” formasını geyinən italiyalı forvard yanvardan rəqibimizin uğurları üçün tər tökə bilər.

 

İdda edilir ki, 27 yaşlı oyunçunun özü də “İnter”ə getmək niyyətindədi. Buna səbəb isə Çerçinin “Atletiko”da Mario Mandcukiçin kölgəsində qalması göstərilir.

 

Alessionun keçidi baş tuarsa, o Milan təmsilçinin heyətində icarə əsasında top qovacaq.