“Mamelodi Sandauns”un hücumçusu Xama Billiat uğrunda “Qarabağ”la mübarizə aparan komandalardan biri geri addım atıb. Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, söhbət “SuperSport Yunayted” klubundan gedir.
Komandanın baş məşqçisi Erik Tinkler yerli mətbuata açıqlamasında Billiatı alacaq güclərinin olmadığını söyləyib. O, Zimbabve millisinin forvardının transfer hədəfləri arasında olmadığını deyib: “Hazırda transferlərlə bağlı araşdırma aparırıq. Müqavilə bağlamağa yaxın oyunçular var, ancaq kim olduqlarını deyə bilmərəm. Yalnız ona əmin ola bilərsiniz ki, Billiat həmin oyunçular arasında yoxdu. Buna maddi imkanımız çatmır. Ən azı iki keyfiyyətli oyunçu gətirmək istəyirik. Ancaq yerli “bazar”da futbolçuların baha olmaları işimizi çətinləşdirir”.
Qeyd edək ki, “Mamelodi Sandauns”la müqavilə müddəti yaya qədər olan Xama Billiat saytımıza müsahibəsində “Qarabağ”ın klubu ilə anlaşmasını gözlədiyini bildirib.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb