Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko” heyətini gücləndirmək niyyətindədi. Apasport.az “Football İtalia” saytına istinadən xəbər verir ki, Madrid klubu “Latsio”nun yarımmüdafiəçisi Luis Albertonu transfer etmək istəyir.
Baş məşqçi Dieqo Simeone rəhbərliklə söhbətində ispan futbolçunun komandaya əlavə güc qata biləcəyini deyib. Bundan sonra hərəkətə keçən madridlilər qarşı tərəflə danışıqlara start veriblər.
”Atletiko” 25 yaşlı xavbeki qış fasiləsində heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, “Sevilya”nın yetirməsi olan Luis Alberto 2016-cı ildən “Latsio”nun formasını geyinir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi