[b]“Qarabağ”ın rəqibi müdafiəçi alır[/b]
13.10.2016 - 13:30
[b]“Qarabağ”ın rəqibi müdafiəçi alır[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Fiorentina” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Florensiya klubu “Makkabi”nin müdafiəçisi Tal Ben-Haimlə maraqlanır.

 

“Fiorentina” təcrübəli müdafiəçini qış “transfer pəncərəsi”ndə heyətinə qatmağı planlaşdırır. Ben-Haimin alınmasını komandanın baş məşqçisi Paulo Souza tələb edib.

 

“Makkabi”nin bu keçidə görə qarşı tərəfdən 5-6 milyon avro tələb etdiyi bildirilir.

 

Qeyd edək ki, “Fiorentina” AL-də “Qarabağ”la keçirdiyi ilk matçda 5:1 hesablı qələbə qazanıb.

0