UEFA Maliyyə Nəzarət Komitəsi 7 klubun feyr-pley meyarlarına uyğun gəlmədikləri səbəbi ilə araşdırmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter”in də yer aldığı bu komandaların araşdırmasının ilk hissəsini başa çatdırıb.
UEFA “İnter”, “Beşiktaş” (Türkiyə), Monako (Fransa), “Roma (İtaliya”, “Krasnodar” (Rusiya), “Liverpul” (İngiltərə) və “Sportinq” (Portuqaliya) klubları ilə bağlı son qərarı hələ ki, açıqlamaq fikrində deyil. Maliyyə Nəzarət Komitəsi araşdırmalarını davam etdirəcəyini bildirib.
Qeyd edək ki, UEFA Maliyyə Nəzarət Komitəsi 2012-2013 mövsümü üçün göndərdikləri fəaliyyət hesabatlarında zərərin lazım olan rəqəmdən çox olduğuna görə 7 komandanı sentyabr ayından araşdırır.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı