[b]“Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı[/b] - YENİLƏNİB
12.08.2015 - 23:51
[b]“Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı[/b] - YENİLƏNİB

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Yanq Boyz" İsveçrə çempionatında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “gənc oğlanlar” "Luqano"nu qonaq edib.

 

Bakı vaxtı ilə saat 22:45-də başlayn oyunda Bern klubu minimal hesabla məğlub olub.

 

Qeyd edək ki, "Yanq Boyz" geridə qalan 4 turun ilk 3-dən bərabərliklə ayrılmış, öncəki turu isə qələbə ilə başa vuraraq, 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmışdı.

 

İsveçrə çempionatı

V tur

"Yanq Boyz" - "Luqano" - 0:1

Qol: Rossini, 7