[b]“Qarabağ”ın rəqibinin kapitanı: Təcrübələri azdı[/b]
05.12.2014 - 09:29
[b]“Qarabağ”ın rəqibinin kapitanı: Təcrübələri azdı[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də “Qarabağ”ın rəqibi olacaq “İnter”in kapitanı Andrea Ranokkiya baş məşqçi dəyişikliyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı müdafiəçi “neradzurra”nın sabiq çalışdırıcısı Valter Matsarrinin tərəfini saxlayıb: “Hamı Matsarrini tənqid edirdi. Mən onu günahlandırmaq istəmirəm. Amma etiraf edim ki, paltardəyişmə otağında gərginlik hiss olunurdu. Bizim gənc oyunçularımız çoxdu. Onlar bu cür vəziyyətlə qarşılaşmamışdılar. Çünki təcrübələri azdı. Lakin komandanın qeyri-stabil çıxışında günahkar təkcə baş məşqçi deyildi”.

 

İtaliya yığmasına da dəvət alan Ranokkiya 2011-ci ildən “İnter”in formasını geyinir.