[b]“Qarabağ”ın rəqibləri müəyyənləşdi[/b]
05.01.2015 - 16:28
[b]“Qarabağ”ın rəqibləri müəyyənləşdi[/b]

Ağdamın “Qarabağ” klubunun Türkiyə toplanışında keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərin siyahısı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yanvarın 10-da yığışacaq və təlim-məşq toplanışı üçün qonşu ölkəyə yollanacaq son ölkə çempionu Antalyada 6 yoxlama oyunu keçirəcək.

 

Fevralın 1-nə qədər Belek bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq “Qarabağ” ilk oyununu ayın 17-də “Split”ə (Xorvatiya) qarşı keçirəcək. 4 gün sonra “Sürix” (İsveçrə), yanvarın 24-də “Levski” (Bolqarıstan), 27-də “Legiya” (Polşa), 29-da “Mordoviya” (Rusiya) ilə üz-üzə gələcək.

 

Ötən mövsüm Azərbaycanda çalışıb, “Qəbələ”yə rəhbərlik edən Yuei Syominin baş məşqçisi olduğu Rusiya təmsilçisi ilə matçın ardından ağdamlılar “Targu Mures”ilə üz-üzə gələcək. Rumıniya klubu ilə oyun yanvarın 31-də keçiriləcək.

 

Mənbə: qarabagh.com