Azərbaycan çempionu “Qarabağ”ın Türkiyə toplanışında qarşılaşa biləcəyi komandalardan birinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin qış fasiləsindəki hazırlıq prosesində Bolqarıstanın “Çerno More” klubu ilə görüşməsi planlaşdırılır.
Bunu Varna şəhərini təmsil edən klubun baş məşqçisi Nikola Spaspov açıqlayıb. O bildirib ki, Antalya toplanışında keçiriləcək qarşılaşmalarla bağlı ilkin planlar bəllidi: “Orada 3 yoxlama oyunu keçirəcəyik. Təqiblərin adlarının tam dəqiqləşdiyini deyə bilmərəm. Çünki hər gün nə isə dəyişə bilər. Lakin ilkin siyahımızda Sloveniya “Domjale”si, Azərbaycan “Qarabağ”ı və Rumıniya təmsilçisi “Panduri” var”.
Qeyd edək ki, Bolqarıstanın yüksək liqasında çıxış edən “Çerno More” 19 turdan sonra 8-ci pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı