“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri növbəti matçlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, “Tottenhem” və “Anderlext” kubok oyununda gücünü sınayıb.
“Tottenhem” İngiltərə Liqa Kubokunun III turunda “Arsenal”la üz-üzə gəlib. “Uayt Hart Leyn” stadionunda baş tutan qarşılaşma “Arsenal”ın qələbəsi ilə yekunlaşıb. Matyu Flamininin 26 və 78-ci dəqiqələrdə vurduğu 2 qoldan meydan sahibləri yalnız birinin (Kalum Çambers, 56 (avtoqol)) cavabını verə bilib – 1:2. Bu nəticə ilə “Tottenhem” Liqa Kubokunda mübarizəni dayandırıb.
“Anderlext” isə Belçika Kubokunun 1/16 final mərhələsində aşağı liqa təmsilçisi “Şpuven-Mopertingen”i qəbul edib. Yuri Tilemans (65 (pen.)), Leander Dendonker (89) və Matias Suaresin (90+2) qollarından qonaqlar birinin əvəzini çıxmağa özlərində güc tapıblar. 3:1 hesablı qələbə “Anderlext”i 1/8 finala daşıyıb.
“Qarabağ”ın qrupdakı digər rəqibi “Monako” isə bu gün Fransa çempionatının VII turunda “Monpelye”nin qonağı olacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"