Həm Premyer Liqa, həm Azərbaycan Kuboku, həm də Avrokubokda yoluna inamla davam edən “Qarabağ” həftəsonu “Neftçi” ilə keçiriləcək prinsipial oyuna hazırlığını davam etdirir. Klubdan apasport.az saytına verilən məlumata görə, komandanın zədəli futbolçularından biri artıq sıraya dönüb.
Söhbət gənc yarımmüdafiəçi Cavid Tağıyevdən gedir. 22 yaşlı futbolçu bu gündən etibarən kollektiv məşqlərə qoşulub. Lakin braziliyalı hücumçular Danilo Dias və Reynaldo Silvanın durumu qeyri-müəyyən olaraq qalır. “Neftçi” ilə matçı buraxacaq “sambaçılar”ı klubun həkimləri “İnter”lə avrokubok oyununa yetişdirməyə çalışır.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu dekabrın 7-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı