[b]“Qarabağ”la 100-ü arxada qoyan ilk braziliyalı[/b]
24.12.2014 - 10:01
[b]“Qarabağ”la 100-ü arxada qoyan ilk braziliyalı[/b]

Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib. Apasport.az saytının məlumatına görə, yubiley matçı Topaz Premyer Liqasının XVIII turunun “Sumqayıt”la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu.

 

Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda “Qarabağ”da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşüb. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.

 

2012/13 mövsümü

Çempionat – 30 (13)

Kubok – 4 (1)

 

2013/14 mövsümü

Çempionat – 28 (6)

Kubok - 3

Avropa Liqası – 7 (1)

 

2014/15 mövsümü

Çempionat – 15 (1)

Kubok – 1 (1)

Çempionlar Liqası - 4

Avropa Liqası - 8

Cəmi – 100 (23)

Çempionat – 73 (20)

Kubok – 8 (2)

Çempionlar Liqası - 4

Avropa Liqası – 15 (1)