[b]“Qarabağ”la “Qəbələ”nin növbəti qazancı[/b]
27.10.2017 - 15:05
[b]“Qarabağ”la “Qəbələ”nin növbəti qazancı[/b]

Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ”la “Qəbələ” büdcəsini zənginləşdirib. Apasport.az saytının məlumatına görə, 2016/17 turnirdə əldə olunan əlavə gəlirdən hər iki təmsilçimizə pay düşüb. Bölgüdə “Qarabağ” 294 min 452, “Qəbələ” isə 294 min 344 avro əldə edib.

 

Həmin məbləğ AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.

 

Mənbə: affa.az