“Roma”nın hücumçusu Qreqorye Defrel sıradan çıxıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, “Qarabağ”la Çempionlar Liqası (2:1) qarşılaşmasında zədələnən fransalı futbolçunun durumuna aydınlıq gəlib.
Görüşün 58-ci dəqiqəsində ayağından xəsarət alaraq Alessandro Florenzi ilə əvəzlənən 26 yaşlı futbolçunun zədəsi ciddi olmasa da, o, qarşıdakı oyunu buraxacaq. Belə ki, Defrel İtaliya A seriyasının VII turunda “Milan”la görüşdə komandasına kömək edə bilməyəcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən sonra isə futbolçu məşqlərə başlaya biləcək.
Qeyd edək ki, “Milan” – “Roma” matçı oktyabrın 1-də keçiriləcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”