“Mən digər insanların dediklərini bir kənara qoyuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu sözləri İtaliyanın “İnter” klubunun baş məşqçisi Valter Matsarri deyib.
Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Milan təmsilçisinin çalışdırıcısını ölkə çempionatının V turunda doğma azarkeşləri önündə “Kalyari”yə 4:1 hesablı məğlubiyyətdən sonra qonaq komandanın prezidenti Tommaso Qiulini tənqid edib.
“İnter”in heyətində problemlərin çox olduğunu deyən klub rəhbərinə Matsarri belə cavab verib: “Heç kəsin komandası haqqında düşünmək fikrim yoxdur. Qiulini öz komandasının problemləri haqqında fikirləşməlidir. Lakin qalib ki... Klubun bəzi əsas elementləri müdafiə səhvləri, hücumda alternativin yorğunluğudur. “İnter”in bütün problemləri “Kalyari”yə məğlubiyyətdən sonra müəyyənləşdi. “Qarabağ”la oyunda bu səhvləri dərhal aradan qaldıracağıq”.
Qeyd edək ki, “İnter” - “Qarabağ” matçı oktyabrın 2-də Milan şəhərində baş tutacaq. Avropa Liqasının qrup mərhələsinin II turunun qarşılaşmasını Belarusdan olan hakimlər idarə edəcək. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq oyunun start fitini Aleksey Kulbakov çalacaq.