[b]“Qarabağ”dan sonrakı enişin səbəbi araşdırılır[/b]
08.01.2018 - 12:56
[b]“Qarabağ”dan sonrakı enişin səbəbi araşdırılır[/b]

Mövsümə uğurlu başlanğıc edən “Roma”da son vaxtlar eniş müşahidə olunur. Apasport.az saytı xəbər verir ki, İtaliya mətbuatı bunu “Qarabağ”la əlaqələndirir.

 

Belə ki, dekabrın 5-də Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” üzərində evdə 1:0 hesablı qələbə qazanan “canavarlar” həmin günə qədər azarkeşlərini sevindirirdilər. Lakin Azərbaycan çempionu ilə qarşılaşmadan bəri A seriyasında və İtaliya kubokunda ümumilikdə 6 görüş keçirən paytaxt təmsilçisi bunların yalnız 1-də qələbə üzü görüb. O da dekabrın 16-da “Kalyari” üzərində baş verib – 1:0.

 

“Kyevo” və “Sassuolo” ilə bərabərə qalan “Roma” müvafiq olaraq “Torino”, “Yuventus” və son olaraq da “Atalanta”ya uduzub. İtalyanlar məhz “Qarabağ”la qarşılaşmadan sonrakı enişin səbəblərini araşdırmağa başlayıblar.

 

Qeyd edək ki, A seriyasında 20 turdan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan “Roma” ölkə kubokunda mübarizəni 1/8 finalda dayandırıb.