Topaz Premyer Liqasının XXII turu çərçivəsində “Qarabağ”la üz-üzə gələcək “Neftçi” matçın hazırlığını bu gün yekunlaşdıracaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar”ın oyunöncəsi heyətlə bağlı problemləri var.
Belə ki, hücumçu Məhəmməd Qurbanov zədələnib. O, bu səbəbdən komandanın dünənki məşqində iştirak etməyib. Lakin Qurbanovun yoxluğu “Neftçi” üçün ciddi itki sayılmamalıdı. Çünki 23 yaşlı futbolçu son vaxtlar paytaxt klubunda heyətə düşmür.
“Neftçi”də daha bir oyunçu zədədən əziyyət çəkir. Son 2 turun “Rəvan” və “Xəzər Lənkəran”la oyunlarını buraxan Məqsəd İsayev hələ də zədəsini sağaltmayıb. Gənc müdafiəçi “Qarabağ”la görüşdə də komandasına kömək edə bilməyəcək.
“Ağ-qaralar”ın yeni transferi Nikolas Kanales isə məşqlərdə iştirak edir. Bununla belə, Əsgər Abdullayevin əvvəlki formasından xeyli uzaq olan çilili forvarda dərhal şans verəcəyi real görünmür. Kanales ən yaxşı halda, sonradan meydana daxil ola bilər ki, bu da çox inandırıcı deyil.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması 17:30-da start götürəcək.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”