[b]“Qarabağ”la oyunöncəsi “Roma”da itki[/b] - FOTO
28.11.2017 - 10:07
[b]“Qarabağ”la oyunöncəsi “Roma”da itki[/b] - FOTO

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” itki ilə üzləşib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hücumçu Qrequar Defrel sıradan çıxıb.

 

Fransalı futbolçu A seriyasının XIV turunda “Cenoa” ilə (1:1) keçirilən qarşılaşmada zədələnib. Belə ki, görüşün 58-ci dəqiqəsində komanda yoldaşı Dieqo Perottini əvəzləyən Defrel sol dizindən xəsarət alıb. Klubun həkimləri vaxt itirmədən onun müalicəsinə başlayıblar. Forvardın qrup mərhələsinin “Qarabağ”la son matçına yetişib-yetişməyəcəyi müalicənin gedişindən asılı olacaq.

 

Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də “Olimpiko” stadionunda keçiriləcək.

0