[b]“Qarabağ”la oyunöncəsi xal itkisi[/b]
07.12.2015 - 01:19
[b]“Qarabağ”la oyunöncəsi xal itkisi[/b]

Belçika Jupiler Liqasında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Anderlext” “Genk”lə qarşılaşıb.

 

Həftəiçi öz meydanında “Qarabağ”la həlledici oyuna çıxacaq Besnik Hasinin yetirmələri güclü rəqibi ilə səfər oyunundan 1 xalla ayrılmağı bacarıb.

 

Bu nəticədən sonra aktivində 33 xal olan “Anderlext” Belçika birinciliyinin 4-cü pilləsində qərarlaşıb.