[b]“Qarabağ”la vurulan rekord[/b]
11.05.2018 - 17:13
[b]“Qarabağ”la vurulan rekord[/b]

UEFA Çempionlar Liqasında yeni rekordun müəyyənləşməsini elan edib. Apasport.az saytının məlumatına görə, cari mövsümdə qeydə alınan orta tamaşaçı sayı turnirin tarixində ən yüksək göstəricidi.

 

Belə ki, arxada qalan 124 qarşılaşmanın hər birində orta hesabla 45 min 834 tamaşaçı izləyib. Bununla da 4 il əvvəl qeydə alınan rekord yenilənib.

 

Düzdü, hələ mövsüm bitməyib. Lakin finalda bu göstəricinin daha da artacağını əminliklə söyləmək olar. Çünki Kiyevdəki Olimpiya stadionunda baş tutacaq “Real” – “Liverpul” matçını orta göstəricidən az sayda seyrçinin izləməsi inandırıcı sayılmır.

 

Bu rekordun vurulmasında Azərbaycan çempionu “Qarabağ”ın da rolu olub. Belə ki, cari mövsümdə Çempionlar Liqasını stadiondan izləyən 5 milyon 683 min 357 azarkeşin təxminən 3 faizi Bakı Olimpiya Stadionuna toplaşıb. 182 min 223 tamaşaçı yığan “Qarabağ”ın orta göstəricisi yarışın belə göstəricisindən yüksəkdi – 60 min 741.

 

Çempionlar Liqasında orta tamaşaçı sayı

(təsnifat mərhələləri nəzərə alınmır)

1992/83: 34722 (25 oyun)

1993/94: 44191 (27)

1994/95: 38046 (61)

1995/96: 30512 (61)
1996/97: 34417 (61)

1997/98: 33043 (85)

1998/99: 41977 (85)
1999/2000: 35097 (157)

2000/01: 36362 (157)
2001/02: 34541 (157)
2002/03: 40933 (157)

2003/04: 35896 (125)

2004/05: 39648 (125)
2005/06: 40944 (125)
2006/07: 44233 (125)
2007/08: 42831 (125)
2008/09: 39962 (125)
2009/10: 42093 (125)
2010/11: 43878 (125)
2011/12: 42075 (125)
2012/13: 45035 (125)
2013/14: 45416 (125)
2014/15: 41102 (125)
2015/16: 40997 (125)
2016/17: 42845 (125)
2017/18: 45834 (124)