[b]“Qarabağ”lı qol vurdu, komandası qalib gəldi[/b]
02.09.2017 - 22:05
[b]“Qarabağ”lı qol vurdu, komandası qalib gəldi[/b]

DÇ-2018-in seçmə mərhələsində oyunlar davam edir. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi Albaniya millisi öz meydanında Lixteynşteynlə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:0. Matça start heyətində başlayan və komandasını meydana kapitan kimi çıxardan Aqolli qalibiyyətə bir qolla töhvə verib. O, 78-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

 

Qeyd edək ki, 7 oyundan sonra aktivində 12 xal olan Albaniya millisi G qrupunda 3-cü pillədə qərarlaşıb. 

0