[b]“Qəbələ” 1/4 finalda dayandı[/b]
01.06.2018 - 23:41
[b]“Qəbələ” 1/4 finalda dayandı[/b]

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar  arasında 66-ci Kvarnerska Riviyera turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. Apasport.az-ın “Qəbələ”nin rəsmi saytına istinadən məlumatına görə, klubun U-17 komandası yarımfinala vəsiqə uğrunda matçda Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşıb.

 

Gərgin və maraqlı oyun şəraitində keçən qarşılaşmanın taleyini 1 qol həll edib. Minimal hesabla qalib gələn Lyublyana təmsilçisi yarımfinala adlayıb. Turnirdə ilk məğlubiyyətini alan “Qəbələ” mübarizəni dayandırıb.

 

Qeyd edək ki, “Qəbələ”nin U-17 komandası qrupda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb və yerli “Osiyek”lə sülhə imza atıb – 1:1.