[b]“Qəbələ” – “Keşlə” oyununda “sülh”[/b]
24.03.2018 - 17:15
Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” və “Keşlə” yoxlama görüşü keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri “Bakı” FK-nın təlim-məşq bazasında üz-üzə gəliblər.
Saat 15:00-da başlayan oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Qeyd edək ki, fasilədə ikinci matçına çıxan “Qəbələ” martın 21-də “Tufan”la keçirdiyi yoxlama görüşündə 15:0 hesabı ilə qalib gəlib.
0
0