[b]“Qəbələ" 5 oyunluq seriyaya son qoydu - YENİLƏNİB[/b]
15.04.2016 - 17:55
[b]“Qəbələ" 5 oyunluq seriyaya son qoydu - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında XXX tura start verilib. Apasport.az saytının məlumatına görə, turun açılış günündə 1 qarşılaşma keçirilib.

 

Günün yeganə matçı Qəbələdə baş tutub. Burada mükafatlar uğrunda mübarizə aparan eyniadlı komanda “Rəvan”ı qəbul edib.

 

Son 5 turda qalib gələ bilməyən Roman Qriqorçukun yetirmələri autsayderin müqavimətini qırmaqda çətinlik çəkib. İlk yarıda hesabı aça bilməyən meydan sahibləri qonaqlar azlıqda qaldıqda daha böyük üstünlüyə yiyələnib.

 

Belə ki, 62-ci dəqiqədə meydandan qovulan Saşa Yunisoğlu komandasını azlıqda qoyub. Rəqib qapısına təzyiqi artıran “Qəbələ” matçın 80-ci dəqiqəsində istəyinə çatıb. Asif Məmmədov “Rəvan”ın qapısına yol tapıb. 5 dəqiqə keçmiş Aleksey Antonov fərqi artırıb – 2:0. Bu qollarla 3 xal əldə edən əyalət klubu 5 oyunluq qələbəsizlik seriyasına son qoyub.

 

Topaz Premyer Liqası

XXX tur

15 aprel (cümə)
 

“Qəbələ” – “Rəvan” - 2:0

Qollar: Asif Məmmədov, 80, Aleksey Antonov, 85

Qırmızı vərəqə: Saşa Yunisoğlu, 62
Mövsümün əvvəlki oyunları: 3:0, 1:1, 1:0

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Pavel Paşayev, 3. Vojislav Stankoviç, 18. Vadim Abdullayev, 32. Rəşad Eyubov, 66. Samir Zərgərov, 77. Ehtiram Şahverdiyev
Baş məşqçi: Roman Qriqorçuk

 

“Rəvan”: 1. Rəşad Əzizli, 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov, 2. Ruslan Tağızadə, 13. Cəmşid Məhərrəmov, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 15. Ceyhun Abdullayev, 16. Orxan Lalayev, 9. Nuran Qurbanov, 8. Məmməd Quliyev
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Elnur Abdulov, 29. Əziz Quliyev, 5. Mirkamil Haşımlı, 99. Əziz Hüseynov, 7. Elvin Həsənəliyev, 86. Yasin Həmid
Baş məşqçi: Bəhmən Həsənov

 

1

Qarabağ

29

20

6

3

53-18

66

2

Zirə

29

16

8

5

38-22

56

3

İnter

29

13

9

7

27-18

48

4

Qəbələ

30

12

10

8

35-24

46

5

Kəpəz

29

12

9

8

35-30

45

6

AZAL

29

11

6

12

22-28

39

7

Neftçi

29

10

8

11

28-31

38

8

Sumqayıt

29

6

11

12

30-39

29

9

Xəzər Lənkəran

29

3

5

21

12-39

14

10

Rəvan

30

3

8

19

19-50

11

 

Bombardir: Nelson Bonilla (“Zirə”) - 13

 

0