[b]“Qəbələ” 3 qol vurub, qalib gələ bilmədi - YENİLƏNİB[/b]
27.01.2018 - 19:51
[b]“Qəbələ” 3 qol vurub, qalib gələ bilmədi - YENİLƏNİB[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” hazırlığın ikinci mərhələsində 2-ci, qış fasiləsində 4-cü görüşünə çıxıb.

 

Yanvarın 5-dən 17-dək davam edən 1-ci mərhələdə Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1) və İsveçrənin “Sürix” (0:1), ayın 21-də start götürən 2-ci mərhələdə Makedoniyanın “Rabotniçki” (2:1) klubları ilə görüşən Roman Qriqorçukun kollektivinin növbəti rəqibi Rusiya təmsilçisi “Arsenal” olub.

 

Oyunda 6 qol vurulsa da, yekunda qalib müəyyənləşməyib. Tərəflər 3:3 hesablı bərabərliyə razılaşmalı olublar.

 

Yoxlama oyunu

27 yanvar

 

“Qəbələ” (Azərbaycan) – “Arsenal” (Tula, Rusiya) - 3:3

Qollar: Ozobiç, 16, Monroz, 32, Vernidub

İstifadə olunmayan penalti: Təmkin Xəlilzadə (qapıçı)

 

“Qəbələ”nin start heyəti: 22. Dmitri Bezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov

0