[b]“Qəbələ” “Qarabağ” önünə ukraynalısız çıxacaq[/b]
07.04.2017 - 10:35
[b]“Qəbələ” “Qarabağ” önünə ukraynalısız çıxacaq[/b]

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la qarşılaşacaq “Qəbələ” doğma arenasındakı hazırlığı başa vurub. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” son iki günü Bakıda məşq etməklə prinsipial matça hazırlaşacaq.

 

Komanda bu gün günorta saatlarında paytaxta gələcək və “Bakı” klubunun bazasında məşq keçəcək. Baş məşqçi Roman Qriqorçuk yetirmələrini qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda sabah son məşqə çıxaracaq.

 

Azərbaycan kubokunda finala yüksəlməklə yanaşı, zədəlilərin də sıraya dönməsi məşqçilər korpusunu sevindirməyə bilməz. Yeganə zədəli futbolçu Vitali Vernidubdu ki, ukraynalı müdafiəçi “Qarabağ”la oyunu buraxacaq. Uzun müddət idi zədədən əziyyət çəkən Elvin Camalov isə artıq sıraya dönüb. Gənc yarımmüdafiəçi dünəndən etibarən kollektivlə birgə məşqlərdə iştirak edir. Ancaq oyun praktikasından əziyyət çəkən 22 yaşlı dayaq yarımmüdafiəçisi bu dəfə də meydana çıxa bilməyəcək.

 

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu saat 20:30-da start götürəcək.

0