[b]“Qəbələ” “Vilnüs”ə qalib gəldi, “Dauqavpils”ə məğlub oldu[/b]
27.10.2017 - 17:44
[b]“Qəbələ” “Vilnüs”ə qalib gəldi, “Dauqavpils”ə məğlub oldu[/b]

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda qüvvəsini sınayan “Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası ilk oyun günündə iki matç keçirib.

 

C qrupunda mübarizə aparan “qırmızı-qaralar” ilk turda Litvanın “Vilnüs” komandasını sınağa çəkiblər. Sərxan Mirzəzadənin dubl etdiyi görüşdə “Qəbələ” 2:0 hesabı ilə qalib gəlib.

 

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda ikinci matçını Latviya “Dauqavpils”inə qarşı keçirib. Futbolçularımız meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıblar.

 

Qeyd edək ki, “Qəbələ” qrup mərhələsinin növbəti iki oyununu sabah keçirəcək. Təmsilçimiz Finlandiyanın “Maski” və Belarusun “Smena” komandaları ilə qarşılaşacaq.

Mənbə: gabalafc.az